Norveçli səyyah: Qarabağın nəhəng turizm potensialı var

Norveçli səyyah: Qarabağın nəhəng turizm potensialı var

“Üçüncü dəfədir ki, Azərbaycana səfər edirəm. Buranı sevirəm. Bura çox gözəldir”.

Bunu azad edilmiş ərazilərə səfər edən Norveçin beynəlxalq səyahətçilərdən ibarət milli klubu – “Vagaclub”un heyətində təmsil olunan səyyah Jorn Augested deyib: “Azərbaycanda çox fərqli Qafqaz mətbəxi var. İnsanları səmimidir, təbiət isə çox gözəldir”.

Azad edilmiş ərazilərə bir il öncə səfər etdiyini deyən səyyah ötən müddət ərzində çox böyük dəyişikliklərin olduğunu bildirib: “Görürəm ki, böyük binaların inşasına başlanıb. Bir çox tikinti işləri isə tamamlanıb. Bütün bunların cəmi bir il ərzində olması çox təqdirəlayiqdir”.

Səyyah azad edilmiş ərazilərdəki mina probleminin olduqca narahatlıqverici olduğunu qeyd edib: “Səyahət etdiyimiz demək olar ki, hər yerdə mina xəbərdarlığı işarələri var idi. Sabah minalarla bağlı, onların təmizlənməsi ilə bağlı daha ətraflı öyrənmək imkanımız olacaq. Bu bizim üçün çox maraqlı olacaq”.

Jorn Augested gözəl mənzələrə malik Qarabağın nəhəng turizm potensialı olduğunu vurğulayıb.

“Vagaclub”un heyətində təmsil olunan digər səyyah Ole Vegard isə bildirib ki, Azərbaycan onun səyahət etdiyi 44-cü ölkədir və buradakı təcrübəsindən məmnundur:

“Səyyah kimi dünyanı gəzirəm, müxtəlif ölkələrin mədəniyyətləri ilə tanış oluram. Bu, çox həyəcanvericidir. 5 il ərzində 44 ölkə gəzmişəm. Azərbaycan səfər etdiyim 44-cü ölkədir. Burada çox marqlı təcrübələr əldə etdik, emosiyalar müsbətdir”.

Norveçli səyyah azad edilmiş ərazilərdə aparılan quruculuq işlərini təqdir etdiyini deyib.

“Bu ərazilərdə qısa müddətdə binaların tikildiyini, məktəblərin, hava limanının inşa olunduğunu gördük. Bütün bunlar bu ərazilər üçün çox böyük, gözəl addımlardır”, – səyyah deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 + six =