NTV-də CƏFƏNGİYAT: “Azərbaycanlı deyə millət yoxdur”

NTV-də CƏFƏNGİYAT: “Azərbaycanlı deyə millət yoxdur”

“1917-ci il inqilabından əvvəl özbəklər və qazaxlar mövcud olmayıb”.

Bunu rusiyalı siyasi ekspert, tarixçi Mixail Smolin Rusiyanın NTV telekanalının “Görüş yeri” tok-şousunda deyib.

“Qazaxıstan necə meydana çıxdı? Əslində, əvvəllər RSFSR-in tərkibində Qazax SSR adlanırdı, qazaxlar ümumiyyətlə yox idi. Millətlərin yaranması ilə bağlı qərarlar o qədər könüllü qəbul edilirdi ki… Məsələn, özbəklər, inqilabdan əvvəl heç vaxt mövcud olmayıb, belə bir etik ad yox idi. Onlar bir neçə Orta Asiya xalqından törəniblər”, – deyə Smolin bildirib.

Rusiyalı ekspert ardınca cəfəng fikirərini belə davam etdirib. O iddia edib ki, guya eyni mövzu azərbaycanlılara da aid edilir.

“Azərbaycanlılar kimlərdir?, azərbaycanlı adlı millət yoxdur”, – deyə Smolin sərsəmləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × two =