Olmert Netanyahunun istefaya göndərilməsini istədi

Olmert Netanyahunun istefaya göndərilməsini istədi

Sionist rejimin keçmiş baş naziri “Ehud Olmert” çərşənbə axşamı gecə Benyamin Netanyahunun hakimiyyətdən uzaqlaşdırılmasını tələb edib.

Netanyahunun hazırkı siyasətinə dəfələrlə etirazını bildirən Olmert əlavə edib: Netanyahu müharibəni uzatmağa çalışır və İsraili məhv etmək istəyir.

O, bazar günü də etiraf edib ki, bu rejim “Əl-Əqsa tufanı” əməliyyatından əvvəl həmişə Fələstin müqavimətinin gücünü lazımınca dəyərləndirməyib.

Olmert Fələstin müqavimətinin Əl-Əqsa tufanı əməliyyatında sionist rejimə qarşı qələbəsinə toxunaraq deyib: Biz Fələstin məsələsinin idarə olunmasından əmin idik və düşünürdük ki, bu məsələnin həllinə ehtiyac yoxdur.

O, işğal olunmuş ərazilərin şimalında yaşayan yüz minlərlə sionistin didərgin düşməsinə toxunaraq əlavə edib: İsraillilər artıq Netanyahunun kabinetinə etimad göstərmirlər və bu kabinetin davamlı mövcudluğu köçkünlərin geri qayıtması üçün zəmin yaratmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve + twelve =