Onlar Xəzər dənizində Azərbaycanın daimi müdafiəçiləridirlər – Video

Onlar Xəzər dənizində Azərbaycanın daimi müdafiəçiləridirlər – Video

https://www.youtube.com/embed/SCTGJeBEO4E?autoplay=1&rel=0 Avqustun 5-i ölkəmizdə Azərbaycan Respublikasının Hərbi Dəniz Donanması günü kimi qeyd olunur.

“Qars”, “Ərdahan” qayıqları, “Astrabad”, “Göytəpə” poçt gəmiləri, “Araz” hidroqrafik gəmisi və “Bayıl” liman daşıyıcı gəmisindən ibarət Azərbaycanın hərbi dəniz donanması 1918-ci ildə yaradılıb. Daha sonra Bakını tərk edən ingilis əsgərləri özlərinin döyüş gəmilərinin və yardımçı üzgüçü vasitələrinin bir hissəsini Azərbaycana verib.

Demokratik Cümhuriyyətin süqutundan sonra donanma Sovet Azərbaycanının Qırmızı donanması adlandırılıb və 1920-ci ilin yayında bu donanma Xəzər Dəniz Qüvvələrinin tərkibinə daxil olub.

1992-ci ildə keçmiş SSRİ-nin Hərbi Dəniz Donanmasının Qırmızı Bayraqlı Xəzər Donanması Bakı və Moskva arasında bölünüb. O vaxtdan etibarən Azərbaycanın milli hərbi dəniz qüvvələrinin yeni tarixi başlayıb. Keçmiş müttəfiq respublikalardakı milli kadrların müstəqil Azərbaycana gətirilməsində ümummilli lider Heydər Əliyevin böyük xidmətləri olub. Ulu öndərin müdrik rəhbərliyi sayəsində ölkəmizdə ordu quruculuğu sahəsində mühüm işlər görülüb, tədbirlər həyata keçirilib.

Hazırda Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun, o cümlədən hərbi dəniz donanmasının daha da gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli tədbirlər görülür. Bunun nəticəsidir ki, qüdrətlənən Azərbaycan ordusu ölkəmizə qarşı yönələn istənilən həmlələri dəf etməyə qadirdir.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen + seven =