Ordu donanmasının komandirləri İnqilabın Ali Rəhbəri ilə görüşdülər

Ordu donanmasının komandirləri İnqilabın Ali Rəhbəri ilə görüşdülər

İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin bir qrup komandiri və rəsmiləri 28 noyabr Hərbi Dəniz Qüvvələri Günü münasibətilə Ali Baş Komandan ilə görüşüblər.

Həzrət Ayətullah Xamenei inqilabın əvvəlindən bəri donanmanın irəliləyişini təsirli və inanılmaz adlandıraraq deyib: “İnqilabın ilk illərində ordu donanmasının ərazi sularından kənarda mövcudluğu təsəvvür olunmurdu. Amma indi ordu donanması güc və qüvvətlə dünyanı 360 dərəcə dolaşır və qürurla ölkəyə qayıdır.”

İslam İnqilabının Ali Rəhbəri əlavə edib: “Bir gün dəniz qüvvələrinin Xəzərdə ola biləcəyi təsəvvür olunmurdu. Amma indi Xəzər dənizinin sahilində esmines hazırlanır və orada dənizə buraxılır.”

Həzrət Ayətullah Xamenei deyib: “Ordu donanmasının hərtərəfli strateji qüvvəyə çevrilməsi üçün səy göstərilməlidir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

six + 6 =