Ötən oktyabr ayında İsrailə qarşı 900-dən çox müqavimət əməliyyatı qeydə alınıb

Ötən oktyabr ayında İsrailə qarşı 900-dən çox müqavimət əməliyyatı qeydə alınıb

Sionist rejimin mediasının məlumatına görə, ötən oktyabr ayında fələstinlilərin sionistlərə qarşı 900-dən çox müqavimət əməliyyatı qeydə alınıb.

Sionist İ24 kanalına istinadən verilən məlumata görə, ötən oktyabr ayında fələstinlilər sionistlərə qarşı 916 müqavimət əməliyyatı həyata keçiriblər ki, onlardan 23-ü atışma olub.

Bu xəbərə əsasən, Fələstinin sionistlərə qarşı həyata keçirdiyi müxtəlif əməliyyatlarda 4 mühacir öldürülüb, 88 nəfər isə yaralanıb.

Həmçinin bu ilin əvvəlindən 29 sionist öldürülüb və iki gün əvvəl bir fələstinlinin həyata keçirdiyi son əməliyyatda 3 mühacir öldürülüb, 3 nəfər isə yaralanıb.

Fələstinli mübarizlərin son 24 saat ərzində işğal olunmuş ərazilərin müxtəlif ərazilərində 40 müqavimət əməliyyatı keçirib.

Fələstinli hərbçilər Nablusda da sionist əsgərlərə qarşı 3 əməliyyat keçiriblər.

Qeyd edək ki, sionist rejimin İordan çayının qərb sahilinin müxtəlif bölgələrində törətdiyi cinayətlərə cavab olaraq, anti-sionist əməliyyatlar son aylarda kəskin şəkildə artıb ki, sionist rejimin siyasi rəhbərləri, hərbi və təhlükəsizlik qurumları bu əməliyyatların öhdəsindən gələ bilmirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 + 3 =