Ötən saatlarda 32 fələstinli şəhid Nasir xəstəxanasına yerləşdirilib

Ötən saatlarda 32 fələstinli şəhid Nasir xəstəxanasına yerləşdirilib

Fələstinin tibb mənbələri ötən saatlarda sionist rejimin Qəzzəyə hücumları nəticəsində şəhid olan 32 nəfərin cənazəsinin Xan Yunisdəki Nasir xəstəxanasına köçürüldüyünü bildirib.

Mehr Xəbər Agentliyinin Əl-Cəzirə-yə istinadən verdiyi məlumata görə, Amerikanın sionist rejimə dəstəyinin kölgəsində bu uşaq qatili rejimin ordusu Fələstinli mülki vətəndaşlara qarşı cinayətlərini davam etdirir.

Fələstinli tibb mənbələri ötən saatlarda 32 fələstinli şəhidin cənazəsinin Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində yerləşən Nasir xəstəxanasına aparıldığını açıqlayıb.

Qəzza zolağının cənubunda yerləşən Rəfəhdə Küveyt xəstəxanasının ətrafının bombardman edilməsi nəticəsində azı 10 fələstinli şəhid olub, onlarla insan yaralanıb. Bu partlayışda yaralananlar arasında bir neçə jurnalist də var.

Bundan başqa, Xan Yunisin qərbində yerləşən “Amal” qəsəbəsində bir evin bombalanması nəticəsində 10 fələstinli şəhid olub.

Həmçinin sionist ordusunun Cəbəliyyə qəsəbəsində bir neçə evin bombardmanı nəticəsində bir neçə fələstinli şəhid olub, bir neçə nəfər isə yaralanıb.

Qəzzənin şərqindəki Şucaiyyə qəsəbəsi də sionist ordusu tərəfindən bombardman edilib. İşğalçı qüvvələr Qəzza zolağının müxtəlif bölgələrini bombalarla hədəfə alıblar.

Əl-Cəzirə müxbiri bildirib ki, sionist rejimin işğalçı qüvvələri Qəzza şəhərinin Əs-Səlasini bölgəsindən geri çəkildikdən sonra 70-ə yaxın şəhidin cəsədi dağıntılar altından çıxarılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − 16 =