Özbəkistan Prezidenti Rusiyaya rəsmi səfər edəcək

Özbəkistan Prezidenti Rusiyaya rəsmi səfər edəcək

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Rusiya Federasiyasına rəsmi səfər edəcək.

APA xəbər verir ki, bu barədə Özbəkistan Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə baş tutacaq səfər proqramına uyğun olaraq, Moskvada iki dövlətin liderləri arasında danışıqların aparılması nəzərdə tutulur.

Özbəkistan rəhbəri Mirziyoyev Rusiya hökumətinin sədri Mixail Mişustinlə də görüşəcək.

Keçiriləcək digər yüksək səviyyəli görüşlərin gündəliyinə ikitərəfli strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da dərinləşdirilməsi məsələləri daxildir.

Rəsmi səfərin proqramına Özbəkistan Prezidentinin Tatarıstana səfəri də daxildir, burada Respublikanın Rəisi Rüstəm Minnixanov danışıqlar aparılacaq.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 − ten =