Özbəkistanda partlayışla nəticələnən yanğın olub
![Özbəkistanda partlayışla nəticələnən yanğın olub](https://sizinyol.org/wp-content/uploads/2022/10/13-1.jpg)
Özbəkistanın Daşkənd vilayətinin Çirçik şəhərində partlayışla nəticələnən yanğın baş verib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə vilayət administrasiyasının mətbuat xidmətindən bildirilib.
Hadisə kimya zavodunda qeydə alınıb.
Məlumata görə, yanğın partlayışa səbəb olub.
Report.az