Pakistan-Əfqanıstan sərhədində 12 yaraqlı öldürülüb

Pakistan-Əfqanıstan sərhədində 12 yaraqlı öldürülüb

Pakistan hərbçiləri Əfqanıstanla sərhəd Çitral vadisində “Təhrik-e-Taliban Pakistan” (TTP) qruplaşmasının azı 12 yaraqlısını öldürüblər.

“Report” xəbər verir ki, bu barədə “The Express Tribune” məlumat yayıb.

Döyüşlər müasir silahlarla təchiz edilmiş yaraqlıların böyük bir qüvvəsinin Pakistanla sərhəd bölgəsində iki kəndi ələ keçirməsi və parkistanlı sərhədçilərə hücum etməsindən sonra başlayıb.

Qeyd edək ki, Pakistan hərbçiləri arasında itkilər 4 nəfərə çatıb.

Pakistan kəşfiyyatının məlumatına görə, hazırda TTP qruplaşmaları Pakistan ərazisinə yeni müdaxilələr üçün Əfqanıstanla sərhəd Nuristan və Kunar əyalətlərində cəmləşir.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven + nineteen =