Pakistan-Əfqanıstan sərhədində atışma: 3 nəfər öldü

Pakistan-Əfqanıstan sərhədində atışma: 3 nəfər öldü

Publika.az xəbər verir ki, Pakistanın şimal-qərbində (Əfqanıstanla sərhəddə) silahlılara qarşı gecə keçirilən hərbi əməliyyat zamanı iki əsgər və bir yaraqlı öldürülüb. Bu barədə Associated Press məlumat yayıb.

Pakistan ordusunun bəyanatında deyilir ki, təhlükəsizlik qüvvələri silahlıların olması ilə bağlı xüsusi kəşfiyyat məlumatı aldıqdan sonra Şimali Vəziristanın əsas şəhəri olan Miran Şahda əməliyyat başlanılıb.

Qeyd olunur ki, qoşunlar hadisə yerinə yaxınlaşarkən bir qrup yaraqlı aşkar edilib, nəticədə intensiv atışma baş verib. Atışma zamanı əməliyyata rəhbərlik edən mayor və daha bir əsgər həlak olub. Həmçinin terrorçulardan niri öldürülüb, digəri isə yaralanıb.

Cümə axşamı günü Pakistanın şimal-qərbində kamikadze təhlükəsizlik qüvvələrinin karvanını partladıb. 9 əsgər həlak olub, 20 nəfər yaralanıb.

Cümə günü isə Əfqanıstanla sərhəddə yerləşən Hayber bölgəsinin Tirah vadisində yaraqlıların sığınacağına növbəti reyd keçirilib və bu əməliyyat zamanı bir əsgər və bir yaraqlı ölüb.

Bildirilir ki, ümumiyyətlə, son günlər ölkənin şimal-qərbində yaraqlıların Pakistan təhlükəsizlik qüvvələrinə hücumları tez-tez baş verir.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × one =