Pakistan hökuməti avqustda istefa verəcək

Pakistan hökuməti avqustda istefa verəcək

Pakistanın Nazirlər Kabineti hazırkı Milli Assambleyanın (parlamentin aşağı palatası) səlahiyyət müddəti başa çatdıqdan sonra avqustda istefa verəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif deyib.

Pakistan parlamentinin aşağı palatasının səlahiyyət müddəti avqustun 12-də başa çatır.

“Hökumət avqustun 14-dən gec olmayaraq istefa verəcək, bu da Pakistanda növbəti seçkiləri iki aydan sonra – oktyabr və ya noyabrda keçirməyə imkan verəcək. Seçkilərin tarixini Mərkəzi Seçki Komissiyası müəyyənləşdirəcək”, – Ş.Şərif əlavə edib.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 + 7 =