Pakistan rəsmisi çoxmillətli Qırmızı dəniz qüvvələrində iştirakını təkzib edib

Pakistan rəsmisi çoxmillətli Qırmızı dəniz qüvvələrində iştirakını təkzib edib

Pakistanlı rəsmi ölkəsinin Qırmızı dəniz və ya Ədən körfəzindəki 153-cü birgə əməliyyat qüvvələrində iştirakını təkzib edərək, bu çoxmillətli hərbi birləşmədə iştirakı ilə bağlı xəbərləri əsassız adlandırıb.

İRNA-nın cümə günü verdiyi xəbərə görə, Pakistandakı rəsmi mənbə adını açıqlamamaq şərti ilə İRNA müxbirinə bildirib ki, bəzi sosial şəbəkələrdə, yerli və xarici mətbuatda Pakistan Hərbi Dəniz Qüvvələrinin CTF-153 kimi tanınan “153-cü birgə əməliyyat qüvvəsi”-nə qoşulması ilə bağlı yayılan xəbərlər tamamilə əsassızdır.

Mənbə vurğulayıb ki, Pakistanın Qırmızı dəniz və Ədən körfəzindəki çoxmillətli hərbi qüvvələrə qoşulmaq qərarı yoxdur və bəzi KİV-lərin Pakistanın iştirakı ilə bağlı iddiası qətiyyətlə rədd edilir.

Bu barədə ötən həftə “Washington Post” məlumat yayıb ki, Amerika sionist rejimin Qəzzəyə qarşı müharibəsinin regiona genişlənməsinin qarşısını almaq üçün Qırmızı dəniz və Ədən körfəzində “153-cü müştərək əməliyyat qüvvələr”-ini genişləndirməyi planlaşdırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 1 =