Pakistanda musson yağışlar yağıb, 13 nəfər ölüb, 11 nəfər yaralanıb
Pakistanın paytaxtı İslamabadda musson yağışlarla əlaqədar baş verən hadisələr nəticəsində 13 nəfər ölüb, 11 nəfər yaralanıb.
“Report” xəbər verir ki, məlumatı yerli “Geo News” TV yayıb.
Bildirilib ki, İslamabadın Golra Mor rayonunda yağışlar nəticəsində tikilməkdə olan körpünün divarı uçub. Körpünün tikintisi ilə məşğul olan fəhlələrdən 12-si bu divarın altında qalaraq ölüb. Paytaxtın Məhəmmədi Toun məhəlləsində uçan divarın altında qalan uşaq həyatını itirib.
Qeyd edək ki, hər il iyun-sentyabr aylarında Pakistanda musson yağışlar yağır. Ötən il Pakistanda bu təbiət hadisəsi nəticəsində 1739 nəfər ölmüşdü.
Report.az