Pakistanda musson yağışları və daşqınlar nəticəsində ölənlərin sayı 150 nəfərə çatıb

Pakistanda musson yağışları və daşqınlar nəticəsində ölənlərin sayı 150 nəfərə çatıb

Pakistanda musson yağışları və daşqınlar nəticəsində azı 150 nəfər həyatını itirib, 300-ə yaxın şəxs zərər çəkib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “The News International” qəzeti məlumat yayıb.

Ölkənin şimalında yerləşən Hayber-Paxtunxva əyalətində yağış, torpaq sürüşməsi və ildırım vurması nəticəsində azı 47 nəfər həyatını itirib.

Pəncab əyalətində qurbanların sayının 66-ya çatdığı bildirilir. Əyalətin paytaxtı Lahor və Ravalpindi şəhəri yağış və sel nəticəsində ciddi şəkildə zərər çəkib, bir çox yaşayış məntəqəsi su altında qalıb. Yağışlar və daşqınlar onlarla evi uçurub, kəndli təsərrüfatlarına xeyli ziyan dəyib.

Meteoroloqlar yağışların iyulun 30-dək davam edəcəyini proqnozlaşdırırlar.

Report/az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 + 8 =