Pakistanda partlayış nəticəsində 9 əsgər həlak olub

Pakistanda partlayış nəticəsində 9 əsgər həlak olub

Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətində kamikadzenin hücumu nəticəsində 9 əsgər həlak olub.

“Report” xəbər verir ki, bu barədə Pakistan ordusunun mətbuat xidməti “X” sosial şəbəkəsində (keçmiş “Twitter”) məlumat yayıb.

Hadisə Bannu dairəsinin Jani Khel rayonunda qeydə alınıb.

Belə ki, motosikletli kamikadze hərbi konvoyun yaxınlığında özünü partladıb. Daha 5 nəfərin yaralandığı bildirilir.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × four =