Pakistanlı etirazçılar: İsrail jurnalistləri öldürməklə həqiqəti gizlədə bilməz!

Pakistanlı etirazçılar: İsrail jurnalistləri öldürməklə həqiqəti gizlədə bilməz!

Pakistanın Kəraçi liman şəhərində müxtəlif təbəqələrdən olan minlərlə insan çərşənbə günü Qəzzada dinc əhalinin, xüsusilə də uşaqların və jurnalistlərin öldürülməsi ilə bağlı Qərbin səssizliyinə etiraz etmək üçün küçələrə çıxıb.

Pakistanın “Kəraçi” şəhərində müxtəlif təbəqələrdən olan minlərlə insan çərşənbə günü sionist rejimin Qəzzaya intensiv hava hücumlarında dinc əhalinin, xüsusilə də uşaq və jurnalistlərin qətlə yetirilməsi ilə bağlı Qərbin səssizliyinə etiraz etmək üçün küçələrə çıxıb.

 “Anadolu” xəbər agentliyinin məlumatına görə, yüzlərlə jurnalist və ailələri digər Karaçi xalqı ilə birlikdə küçələrə çıxıb. Onlar “Jurnalistləri hədəf almağa son qoyun!”, “Jurnalistləri öldürməklə həqiqəti gizlədə bilməzsiniz!” və “Qəzzada jurnalistləri öldürdüyünə görə İsrail məsuliyyətə cəlb olunmalıdır!” kimi şüarlar yazılmış plakatlar daşıyaraq İsrail rejiminin cinayətlərinə etiraz ediblər.

Jurnalistləri Müdafiə Komitəsinin məlumatına görə, Qəzza müharibəsi başlayandan bəri azı 36 jurnalist və media işçisi həlak olub.

Kəraçidə media rəsmisi olan Səid Sərzabi mitinqdə çıxışı zamanı Qəzzada jurnalistlərin ölümünə görə İsrail və Amerika rejimlərinin başçılarını eyni dərəcədə məsuliyyət daşıdığını bildirib.

 “Məhz ABŞ və bəzi qondarma müsəlman ölkələrinin cinayətkar susqunluğu İsrailə silahsız fələstinliləri öldürmək üçün cəsarət verdi.” – deyə Sərbazi bildirib.

Pakistan Jurnalistlər Birliyinin rəhbəri Ceneral Cəmali də mərasimdə deyib: İsrailə demək istəyirəm ki, siz biz jurnalistləri öldürməklə həqiqəti gizlədə bilməzsiniz.

Kəraçinin müxtəlif məktəblərindən minlərlə uşaq da öldürülən fələstinli uşaqların ailələri ilə həmrəylik ifadə etmək üçün şəhərə toplaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen + twenty =