Papa eynicinsli cütlüklərə xeyir-dua verilməsini yasaqlamır

Papa eynicinsli cütlüklərə xeyir-dua verilməsini yasaqlamır

Roma Papası Fransisk katolik keşişlərinə eynicinsli cütlüklərə xeyir-dua verməyə rəsmən icazə verib.

Pontifik tərəfindən imzalanmış müvafiq bəyannamə Vatikan İman Doktrinası İcması tərəfindən dərc edilib. Buna əsasən, xeyir-duaları liturgiyalar zamanı və ya kilsə ayinlərinin bir hissəsi kimi verməmək şərti ilə “normalara uyğun gəlməyən cütlüklər” ala bilər.

Sənəddə nikahla bağlı doktrinanın dəyişmədiyi vurğulanır. Bu, doktrinaya görə, yalnız kişi və qadın arasında bağlana bilər. Ayrı-ayrılıqda qeyd olunur ki, eyni cinsdən olan insanlar arasında birliyin xeyir-duası heç bir şəkildə, “nə geyimdə, nə də jestlərdə” toy mərasiminə bənzəməməlidir.

Vatikanın bəyanatı bəziləri tərəfindən Katolik Kilsəsində ayrı-seçkiliyin aradan qaldırılması istiqamətində atılan addım kimi qiymətləndirilib. Lakin bəzi LGBT hüquq müdafiəçilərinə görə, qərar kilsənin fikirlərində eynicinsli cütlüklərin heteroseksual cütlüklərdən daha aşağı mövqe tutduqlarını vurğulayır.

Mühafizəkar dairələr bu xəbərə Müqəddəs Taxt-tacın ünvanına kəskin tənqidlə cavab veriblər və bunun kilsədə parçalanmaya səbəb olacağından qorxduqlarını bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × four =