Paris Fransa səfirinin Nigeri tərk etməsi tələbini rədd edib

Paris Fransa səfirinin Nigeri tərk etməsi tələbini rədd edib

Fransa Xarici İşlər Nazirliyi bildirib ki, üsyançıların Fransa səfirinin Nigeri tərk etməsini tələb etməyə haqqı yoxdur.

Bu barədə “Report” “Agence France-Presse”yə istinadən xəbər verir.

“Fransa üsyançıların tələbini nəzərə alıb”, – agentlik Fransa Xarici İşlər Nazirliyinin bəyanatından sitat gətirib.

Qeyd edilir ki, üsyançıların belə bir tələb irəli sürməyə haqqı yoxdur.

“Al Hadath” telekanalı daha əvvəl xəbər verib ki, üsyançı liderlər Fransanın Niameydəki səfirindən 48 saat ərzində ölkəni tərk etməyi tələb ediblər. Telekanalın məlumatına görə, səfir üsyançıların nəzarətində olan Xarici İşlər Nazirliyinin zənginə cavab verməyib və yeni hakimiyyətin nümayəndələri ilə görüşməkdən imtina edib.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − 5 =