Paris Kiyevə daha 200 milyon avro ayıracaq

Paris Kiyevə daha 200 milyon avro ayıracaq

Fransa Ukraynaya dəstək fonduna daha 200 milyon avro ayırmaq niyyətindədir.

Bu barədə Fransanın Silahlı Qüvvələr naziri Sebastien Lekorneu bildirib.

Məlumata görə, bu Ukrayna ordusuna Fransa silahlarını almağa davam etməyə imkan verəcək.

“Komitədə siz Ukraynaya dəstək fonduna daha 200 milyon avronun verilməsinə imkan yaradan dəyişikliyin lehinə səs verdiniz”, – “Le Monde” qəzeti  Lekorneunun sözlərindən sitat gətirib.

Nazirin sözlərinə görə, hökumət vəsaitin ayrılmasını təmin edəcək ki, bu da Ukrayna Silahlı Qüvvələrinə Fransa silahlarının alınmasını davam etdirməyə imkan verəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen − 4 =