Paşinyan azərbaycanlıların yaydığı videolardan Bakıya qarşı istifadə edir – DETALLAR

Paşinyan azərbaycanlıların yaydığı videolardan Bakıya qarşı istifadə edir – DETALLAR



Nikol Paşinyan bu gün Nazirlər Kabinetinin iclasında beynəlxalq ictimaiyyəti – BMT Təhlükəsizlik Şurasını “sərhədə və Qarabağa qoşun toplayan Azərbaycana qarşı tədbirlər görməyə” çağırıb. Nikol regionda hərbi gərginliyin pik həddə olduğunu və “Azərbaycanı müharibəyə başlamaqda” ittiham edir.

Dünəndən başlayaraq, rəsmi İrəvan Ermənistanda akredditasiya olunmuş diplomatlara və hərbi attaşelərə sərhəddəki vəziyyətlə bağlı məlumat verir, onları “Azərbaycanın hücum edəcəyinə” inandırmağa çalışır.

Hərçənd, ermənilərin 1 sentyabr təxribatından sonra sərhəddə sakitlik hökm sürür, Qarabağda da eyni vəziyyətdir. Əksinə müəyyən fasilələrlə Ermənistan tərəfinin atəşkəsi pozması halları qeydə alınıb.

İrəvanın niyyəti bəllidir və gözlənilən də bu idi: sərhəddə təxribatlarla eskalasiya yaratmaq, məsələni BMT TŞ-yə daşımaq, Bakıya qarşı beynəlxalq təzyiqə nail olmaq; bu məqsədə nail olmaq üçün bütün sərhəd boyu ərazilərdə genişmiqyaslı təxribatlar törədəcəkləri gözləntisi də böyükdür;

Burada diqqətçəkən məqam Paşinyan da daxil olmaqla Ermənistan rəsmilərinin “Azərbaycan sərhədə və Qarabağa qoşun toplayır” iddiasının istinad nöqtələridir. Bunun şişirdilmiş iddialar olduğu sirr deyil, xüsusilə Azərbaycan ordusunun öz suveren ərazilərində yerdəyişməsini “qoşun toplamaq” kimi qələmə verdikləri bəllidir. Lakin son günlər ordunun hərəkət istiqamətləri ilə bağlı sosial şəbəkələrdə yayılan məsuliyyətsiz görüntülərin də Ermənistan tərəfindən “Azərbaycan qoşun toplayır” iddiasında “fakt” kimi istifadə edildiyi istisna edilməməlidir. O da istisna deyil ki, rəsmi İrəvan bu görüntüləri diplomatik nümayəndəliklərə “fakt” kimi təqdim edib və sərhəddə eskalasiya yaratdıqdan sonra beynəlxalq müstəvidə bunlardan Azərbaycana qarşı istifadə edə bilər. Bu amil informasiya təhlükəsizliyinin əhəmiyyətini bir daha gündəmə gətirir.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen + nineteen =