Paşinyan dövlətə xəyanət ittihamı ilə DİNDİRİLDİ
Publika.az News.am-a istinadla xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Milli Assambleyanın növbədənkənar iclasında bildirib.
Hökumət başçısının sözlərinə görə, o, hərtərəfli dindirilib.
“Onlar məni lazım olan qədər dindirəcəklər”, – Paşinyan deyib.
O, müxalifəti Dağlıq Qarabağda 44 günlük müharibənin şəraitini araşdırmaq üçün komissiyanın iclaslarında iştirak etməyə çağırıb.
“Gəlin məni komissiyada dindirin”, – Nazirlər Kabinetinin rəhbəri müxalifətçi deputatlara müraciət edib.
Publika.az