“Paşinyan! Siz Əliyevin daşınmaz əmlak agenti olmusunuz?”

“Paşinyan! Siz Əliyevin daşınmaz əmlak agenti olmusunuz?”

“Ermənistan hökuməti strateji mövqedən çıxış edərək ölkənin müdafiəsini zəiflədir. Amma bəlli deyil ki, bunun müqabilində Ermənistan nə alacaq?”.

Bu sözləri “Ermənistan” blokundan olan deputat Levon Köçəryan martın 20-də parlamentdə hökumət saatında baş nazir Nikol Paşinyana müraciət edərkən deyib.“Delimitasiya aparılmırsa, demarkasiya hansı əsasla həyata keçirilir? Güzgü prinsipinə əsaslansaydı, bəlkə də hardasa başa düşmək olardı, amma belə etməklə biz sadəcə olaraq çox pis vəziyyətə düşmüşük. Bununla bağlı bir sualım var: siz bu ölkənin baş nazirisiniz, yoxsa Azərbaycanın daşınmaz əmlak agenti?”, – deyə Koçaryan bildirib.Paşinyan cavabında bildirib ki, bunun müqabilində Ermənistan dövlət sərhədi alır. “Təhlükəsizliyimiz legitimliyə əsaslanmalıdır; bizim dövlət sərhədimiz olmalıdır. Ermənistan Respublikasının ərazi bütövlüyünün qorunması və bərpası hökumətin gündəliyindədir”.Koçaryan qeyd edib ki, Azərbaycan bu yanaşmanı bölüşmür. “Ona görə də biz həmişə belə bir vəziyyətlə üzləşirik ki, biz Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını eşidirik, amma bunun əksini qəbul etmirik. Siz daim verirsiniz, amma əvəzində heç nə almırsınız. Azərbaycanın çağırışları narahatlıq doğurur. Kompromis variantı işləmir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × three =