“Paytaxtı Qüds olan Fələstin dövləti indi mütləqdir” – Ərdoğan

“Paytaxtı Qüds olan Fələstin dövləti indi mütləqdir” – Ərdoğan

“Bölgəmizdəki problemlərin kökündə Fələstin məsələsi dayanır. Bu məsələ ədalətli həll edilmədikcə, bölgəmiz sülhə can atmağa davam edəcək. Paytaxtı Qüds olan Fələstin dövləti indi mütləqdir”.”Unikal” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mor Efrem Süryani Qədim Ortodoks Kilsəsinin Açılış Mərasimində deyib.

Onun sözlərinə görə, Balkanlarda qardaşlarımıza qarşı ayrı-seçkilik davam edir. Prezident qeyd edib ki, bu günə qədər 113-ü Asur icmasına aid olmaqla cəmi 1084 mülk icma fondları adına rəsmiləşdirilib.

“Biz müxtəlif inanc qruplarına qarşı ayrıseçkiliyə yol vermirik” – deyə Ərdoğan bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 + 1 =