Pentaqon ABŞ-ın hərbi bazalarındakı sərxoşluq hallarından narahatdır
ABŞ-ın müdafiə naziri Lloyd Ostin ölkənin hərbi bazalarında spirtli içkilərin mümkün istehlakı ilə bağlı araşdırmalardan xəbərdardır və Müdafiə Nazirliyi onun gedişatını izləyir.
“RİA Novosti”nin verdiyi xəbərə görə, bunu Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinqh bildirib.
“Biz, şübhəsiz ki, bunu izləyirik” deyə Sinq Pentaqon rəhbərinin “istintaqdan xəbərdar olduğunu” əlavə edib.
Bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Şimal Komandanlığının rəhbəri general Qlen Vanherk hərbi obyektlərdə spirtli içkilərin istifadəsi ilə bağlı araşdırmaya başlandığını təsdiqləyib. Ofislərdə bir neçə qab pivə və güclü spirtli içki aşkarlanıb. O qeyd edib ki, şəxsi heyətin döyüş hazırlığı pozulmayıb.