Pentaqon bu raketin sınağından imtina etdi – Bütün ABŞ gözləyirdi

Pentaqon bu raketin sınağından imtina etdi – Bütün ABŞ gözləyirdi

Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi ABŞ Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

“Departament hipersəs texnologiyamızın inkişafı haqqında məlumat vermək üçün Florida ştatının Kanaveral burnunda sınaqlar keçirməyi planlaşdırırdı, lakin ilkin yoxlamalardan sonra buraxılış ləğv edilib”, – Pentaqon bildirib.

Agentlik buraxılışın ləğvinin konkret səbəbini açıqlamayıb. “Bloomberg” vurğulayır ki, ləğvetmə qərarı proqramın qrafikini və ABŞ ordusunun hipersəs silahlarını sentyabrın 30-na kimi döyüşə hazır elan etmək planını təhlükə altına qoyur. Pentaqonun bəyanatında deyilir ki, sınağın baş tutmamasına baxmayaraq, “hücum əməliyyatlarının inkişafında gələcək irəliləyiş üçün əsas yaradacaq yerüstü avadanlıq və proqram təminatının işləməsi haqqında məlumat toplamaq mümkün olub.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

six + fourteen =