Pentaqon: Çinin hərbi potensialı misli görünməmiş sürətlə artır

Pentaqon: Çinin hərbi potensialı misli görünməmiş sürətlə artır

Çinin hərbi potensialı misli görünməmiş sürətlə artır.

“Report” xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Hind-Sakit Okean Komandanlığının rəhbəri admiral Con Akvilino Aspen İnstitutunun (Denver, ABŞ) təşkil etdiyi təhlükəsizlik forumunda deyib.

“Biz sürət və miqyas baxımından analoqu olmayan hərbi güclənmənin şahidi oluruq. Biz təkcə hipersəs raketlərindən deyil, bütün imkanlardan danışırıq: dənizdə, havada, kosmosda”, – Çinin hipersəs silahları sahəsindəki inkişafı ilə bağlı bir suala hərbçi cavab verib.

O, həmçinin Çin Silahlı Qüvvələrinin potensialının və imkanlarının artırılması tempindən narahatlığını ifadə edib.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × three =