Pentaqon İranı hədələdi: İmkan verməyəcəyik!
![Pentaqon İranı hədələdi: İmkan verməyəcəyik!](https://sizinyol.org/wp-content/uploads/2024/01/usa_army_240315_1.jpg)
ABŞ İranla münaqişəyə can atmır.
Axar.az xəbər verir ki, bunu Pentaqon sözçüsü Patrik Rayder deyib.
“İranla genişmiqyaslı münaqişə axtarmırıq. Bununla belə, biz qüvvələrimizin təhdid edilməsinə imkan verməyəcəyik”, – o deyib.
Rayder əlavə edib ki, ABŞ bölgədəki qüvvələrinin təhlükəsizliyini təmin etmək üçün iraqlı tərəfdaşları ilə işləməyə davam edəcək.
Qeyd edək ki, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən sonra İraqdakı beynəlxalq koalisiyaya rəhbərlik edən ABŞ-ın bazalarına, eləcə də Suriyadakı Amerika hərbçilərinə İranın proksi qrupları mütəmadi olaraq hücumlar edir.