Pentaqon: Kiyevə növbəti dəfə silah verilməsi ABŞ-nin döyüş hazırlığına təsir edə bilər

Pentaqon: Kiyevə növbəti dəfə silah verilməsi ABŞ-nin döyüş hazırlığına təsir edə bilər

Pentaqonun Ukraynaya öz anbarlarından silah ötürmək imkanı var, lakin bu halda Kiyevə yardıma vəsait tükəndiyi üçün Birləşmiş Ştatlar öz döyüş hazırlığını saxlamaqla bağlı “çətin qərarlar” qəbul etməli olacaq.

Bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə ABŞ ordusunun sözçüsü Patrik Rayder deyib.

“Biz 2024-cü ildə Ukraynaya dəstək vermək üçün əlavə maliyyəyə ehtiyacımızdan danışdıq”, Rayder qeyd edib.

Rayder xatırladıb ki, Pentaqonun ABŞ prezidenti Co Baydenin keçmiş sərəncamlarına əsasən, Ukraynaya təxminən 4,4 milyard dollar dəyərində silah tədarük etmək imkanı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × two =