Pentaqon rəhbəri Aralıq dənizində ABŞ hərbçiləri ilə görüşdü

Pentaqon rəhbəri Aralıq dənizində ABŞ hərbçiləri ilə görüşdü

Pentaqon rəhbəri c Ostin Yaxın Şərq səfəri davam edir.

İsrail və HƏMAS arasında müharibənin regional münaqişəyə çevrilməsinin qarşısını almaq üçün səylər göstərən ABŞ rəsmisi Aralıq dənizindəki hərbçilərlə görüşüb.

Müdafiə naziri ABŞ-ın Aralıq dənizindəki “Gerald Ford” aviadaşıcı gəmisinə baş çəkib. ABŞ İsrailin Livanla şimal sərhədində oxşar hərbi əməliyyat keçirə biləcəyindən ehtiyat edir ki, bu da ikinci cəbhənin açılmasına və müharibənin genişlənməsinə səbəb ola bilər. Təl-Əvivdə keçirdiyi mətbuat konfransında Ostin hərbi əməliyyatların Livan ərazisinə keçəcəyi təqdirdə ABŞ-ın İsraili dəstəkləyəcəyinə söz verməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 2 =