Pentaqon “Rifah keşikçisi” əməliyyatına başlayır
Pentaqon Qırmızı dənizdə naviqasiya azadlığını təmin etmək üçün çoxmillətli əməliyyata başlayacaq. Buna səbəb Yəmən husilərinin ticarət gəmilərinə hücumlarıdır.
Bunu ABŞ müdafiə naziri Lloyd Ostin deyib.
“Son zamanlarda Yəmən husilərinin hücumlarının artması ticarətin sərbəst axınını təhdid edir, günahsız dənizçiləri təhlükə altına alır və beynəlxalq hüququ pozur. Bu, kollektiv fəaliyyət tələb edən beynəlxalq çağırışdır. Ona görə də bu gün “Rifah keşikçisi” əməliyyatının yaradılmasını elan edirəm. Yeni vacib çoxmillətli təşəbbüs Birləşmiş Dəniz Qüvvələrinin himayəsi altında fəaliyyət göstərəcək”, – o bildirib.
Qeyd edək ki, əməliyyatda Böyük Britaniya, Bəhreyn, Kanada, Fransa, İtaliya, Niderland, Norveç, İspaniya və Seyşel adaları iştirak edəcək.