Pentaqon: “Tomas Hunder” esminesi Qırmızı dənizdən keçərkən pilotsuz təyyarənin hücumuna məruz qalıb
Pentaqon rəsmisi Tomas Hunder esminesinin Qırmızı dənizdən keçərkən pilotsuz təyyarələrin hücumuna qarşı özünü müdafiə edə bildiyini açıqlayıb.
Bundan əvvəl Yəmənin Ənsarullah hərəkatının lideri Seyid Əbdülməlik Bədrəddin Əl-Husi vurğulamışdı: “Biz İsrail gəmilərini axtarırıq və onları hədəfə almaqdan çəkinməyəcəyik.”
Sionist rejimin Qəzzə xalqına qarşı təcavüzünün davam etməsindən sonra sionist rejimin ən mühüm dəstəkçisi olan Amerika bazalarına hücumlar davam edir.
Daha əvvəl ABŞ Müdafiə Nazirliyinin sözçünün müavini “Sabrina Sinqh” bildirmişdi ki, oktyabrın 17-dən bu yana ölkənin Qərbi Asiya regionundakı bazaları müqavimət qrupları tərəfindən 55 dəfə hücuma məruz qalıb.
Sinqh çərşənbə axşamı Pentaqonda keçirdiyi mətbuat konfransında izah edib ki, ABŞ-ın İraqdakı bazalarına 27, Suriyadakı bazalara isə 28 hücum təşkil edilib.
“Fox News” saytının məlumatına görə, o, həmçinin əlavə edib ki, bu hücumlar zamanı 59 Amerika əsgəri yaralanıb, onlardan 27-i kantuziya alıb.
Sionist rejimin Qəzzə zolağına qarşı davam edən cinayətlərinin kölgəsində İraq müqavimət qrupları “Əqsa tufanı” əməliyyatının ilk günlərindən bu günə qədər Fələstin müqavimətinə dəstək vermək üçün bu rejimə qoşulub. İndiyədək Amerikanın İraqın şimalı və qərbindəki və Suriyadakı hərbi bazaları raket və onlarla pilotsuz təyyarələrin hücumlarının hədəfi olub.