Pentaqonun başçısı Yaxın Şərqə səfər edəcək

Pentaqonun başçısı Yaxın Şərqə səfər edəcək

ABŞ-nin müdafiə naziri Lloyd Ostin Yaxın Şərqə səfər edəcək.

Bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.

ABŞ müdafiə nazirinin Yaxın Şərqə səfər proqramı da açıqlanıb.

Bildirilib ki, o, İsrail, Bəhreyn və Qətəri ziyarət edəcək.

Məlumata görə, Lloyd Ostin beynəlxalq humanitar hüquqa uyğun olaraq İsrailin özünümüdafiə hüququna ABŞ-nin sarsılmaz sadiqliyini, habelə İsrailin mülki şəxslərə dəyən zərəri azaltmaq üçün atdığı addımları müzakirə etmək niyyətindədir.

Bildirilib ki, o, İsrail hərbi liderləri ilə quru əməliyyatları və hava hücumları başa çatdıqdan sonra növbəti addımlarla bağlı da fikir mübadiləsi aparacaq.

Pentaqon başçısı Bəhreyndə ABŞ Hərbi Dəniz Qüvvələri Komandanlığını ziyarət edəcək. Orada ABŞ-nin gəmiçilik və qlobal iqtisadiyyatını təhdid edən husi qiyamçılarına cavab vermək üçün çoxtərəfli koalisiyalar qurmaq səylərinə diqqət yetiriləcək.

Lloyd Ostin Qətərdə HƏMAS tərəfindən saxlanılan girovları azad etmək üçün göstərdiyi vasitəçilik səylərinə görə ölkə rəhbərliyinə təşəkkür edəcək, həmçinin Əl-Udeid aviabazasına baş çəkəcək.

Məlumata görə, Pentaqonun başçısı Aralıq dənizindəki Gerald Ford təyyarədaşıyan gəmisinə baş çəkməyi və onun ekipajı ilə görüşməyi də planlaşdırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − 2 =