Peskov: Putin G20 sammitində iştirak etməyəcək

Peskov: Putin G20 sammitində iştirak etməyəcək

Rusiya Prezidenti Vladimir Putin sentyabrda Hindistanda keçiriləcək G20 sammitində iştirak etməyəcək.

APA xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib.

Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi (ICC) Vladimir Putini Ukraynada hərbi cinayətlərdə ittiham edərək onun həbsinə order verib, Kreml bunu qəti şəkildə rədd edir. Bu o deməkdir ki, Rusiya Prezidenti xaricə gedərkən onun həbs olunmaq riski var.

Rusiya dövlət başçısı bir neçə gün əvvəl Cənubi Afrika Respublikasının paytaxtı Yohannesburqda keçirilən 15-ci BRICS sammitində də iştirak etməyib. Putin sammit iştirakçılarına videomüraciət göndərib.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 + 8 =