PKK-nın “zabiti” Almaniyada qandallandı
Publika.az Türkiyə mediasına istinadla xəbər verir ki, şübhəli şəxs qismində saxlanılan Özgür A. PKK-nın təşkilatlanmasında və qruplaşmanın təbliğat fəaliyyətini koordinasiya etməkdə ittiham edilir.
Məlumatı Almaniya Federal Prokurorluğu da təsdiqləyib. Qurum şübhəlinin “xarici terror təşkilatına üzv olmaq” ittihamı ilə həbs edildiyi açıqlayıb.
Özgür A.-nın PKK-nın “zabiti” kimi Hamburqda “fəaliyyət” göstərdiyi də üzə çıxıb.
Publika.az