Polis kapitanı qəza törətdi: hadisə yerində öldü
Publika.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonu, Moskva Prospektində qeydə alınıb.
Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşı, polis kapitanı Vasif Qulu oğlu Quliyev idarə etdiyi 90-PT-974 dövlət qeydiyyat nömrəli xidməti avtomobillə idarəetməni itirərək səkiyə çırpılıb, nəticədə avtomobili aşırıb. O, hadisə yerində ölüb.
Baş Dövlət Yol Polis İdarəsindən fakt təsdiqlənib.
Bildirilib ki, 1988-ci il təvəllüdlü Vasif Qulu oğlu Quliyev xidmətdən kənar vaxtı idarə etdiyi avtomobili maneəyə vurma nəticəsində aşırıb:
“V.Quliyev hadisə yerində ölüb”.
Faktla bağlı araşdırma aparılır.
Publika.az