Politico: Aİ xarici işlər nazirləri ilk dəfə İsrailə qarşı sanksiyaları müzakirə etdilər

Politico: Aİ xarici işlər nazirləri ilk dəfə İsrailə qarşı sanksiyaları müzakirə etdilər

Politico saytı İrlandiyanın Xarici İşlər nazirinə istinadən yazıb: “Avropa İttifaqının xarici işlər nazirləri ilk dəfə olaraq İsrail rejiminin Rəfahda hərbi əməliyyatların dərhal dayandırılması ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinin qərarını pozacağı təqdirdə ona sanksiya tətbiq edilməsinə dair “vacib” müzakirələr aparıblar.”

Amerikaya aid bu sayt əlavə edib: “İrlandiyanın Xarici İşlər naziri Maykl Martin İttifaqın Xarici Əlaqələr Şurasının iclasından sonra deyib: Bu danışıqlarda beynəlxalq humanitar hüquqi institutların dəstəklənməsinin zəruriliyi ilə bağlı çox aydın razılıq əldə olundu.”

Saytın bildirdiyinə görə, M. Martin əlavə edib: “Avropa İttifaqının toplantısında mən ilk dəfə real şəkildə sanksiyalar və “nə olacaq əgər…” mövzusunda əhəmiyyətli müzakirələrin şahidi oldum.”

Martin bu sahədə bəzi fikir ayrılıqlarının mövcudluğuna da diqqət çəkib, amma bildirib ki, ittifaqa üzv dövlətlər arasında Beynəlxalq Ədalət Məhkəməsinin qərar çıxardığı aydın vəziyyətlə bağlı çoxlu narahatlıqlar var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty + 10 =