Polşa Belarusla sərhədə 10 min əsgər cəmləşdirib

Polşa Belarusla sərhədə 10 min əsgər cəmləşdirib

“Polşa Belarusla sərhədə 10 min əsgər cəmləşdirib”.

“Report” xəbər verir ki, bunu Polşa Daxili İşlər Nazirliyinin müavini Maçey Vonsik Polşa radiosuna müsahibəsində bildirib. Eyni zamanda, o qeyd edib ki, Polşa-Belarus sərhədində “mütləq sakitlikdir”.

“Biz sərhədi çox gücləndirmişik. Tikdiyimiz hasar böyük əhəmiyyət kəsb edir və bu da bizə çox kömək edir. Bundan əlavə, orada 10 min əsgər var – onlardan 6 mini düşərgədə, 4 mini isə birbaşa sərhəddədir. Bundan əlavə, 5 min sərhədçi və minə yaxın polis əməkdaşı var”, – Vonsik bildirib.

Qeyd edək ki, avqustun 1-də Polşa Belarus sərhədində miqrant axınının artması səbəbindən Belarusla sərhəddə hərbi mövcudluğunu artırdığını elan edib. Son bir il ərzində Polşa hakimiyyəti Belarusla sərhədi qanunsuz keçməyə 16 min cəhd qeydə alıb.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 + 3 =