Post niyə Laçın yolunun bu hissəsində quruldu? -Xankəndi PLANI-Video
Bu körpü Qarabağdan Ermənistana gedən, yaxud əksinə olan bütün yolların birləşiyi əsas nöqtədir.
Postun məhz burada qoyulmasının perspektiv nəticələri aydın görünür:
Birincisi, Xankəndidəki separatçıların bütün yolları Azərbaycanın nəzarətinə keçdi;
İkincisi, separatçıların yeni keçid yolları axtarması mənasızdır, çünki hansı istiqamətə üz tutsalar, nəticədə postun qurulduğu körpüdən keçməlidirlər;
Üçüncüsü, Qarabağa daşınan, yaxud əks istiqamətə aparılan bütün yüklərə nəzarət Azərbaycan sərhədçiləri tərəfindən həyata keçiriləcək;
Dördüncüsü, Qarabağdakı erməni əhalisi Ermənistana, yaxud əks istiqamətə hərəkət etmək üçün Azərbaycan postundan keçəcək və bu, onların reinteqrasiya prosesinə qoşulmağa, vətəndaşlığı qəbul etməyə sövq edəcək əsas amillərdən biridir.
Publika.az