Prezident: ABŞ hərbiçilərinin çıxarılması barədə qərar qəbul edilib

Prezident: ABŞ hərbiçilərinin çıxarılması barədə qərar qəbul edilib

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İraq prezidenti Bərhəm Saleh cümə axşamı İraq və ABŞ arasındakı münasibətlərin vacib olduğunu və ortaq maraqlara söykəndiyini söyləyib.

Rəsmi İraq xəbər agentliyinin (WAA) verdiyi məlumata görə, Bərhəm Saleh Bağdad və Vaşinqton arasındakı strateji danışıqlarda siyasi, iqtisadi, mədəni və təhlükəsizlik məsələlərinə toxunulacağını əlavə edib.

Bununla yanaşı Bərhəm Saleh hazırda İraqda sayı 2500-dən çox olmayan ABŞ və digər xarici hərbi qüvvələrin ölkədən çıxarılması barədə qərarın verildiyini də vurğulayıb.

Qeyd edək ki, keçən ilin yanvarında ABŞ-ın Bağdad hava limanında müqavimət komandirlərinə qarşı törətdiyi terror hadisəsindən sonra  buna cavab olaraq İraq parlamenti ABŞ hərbiçilərinin ölkədən çıxarılması ilə bağlı qərar qəbul etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 − seven =