Prezident: Biz müsəlmanların vəhdəti və birliyi gücümüzü artırır
Prezident düşmənin aramızda təfriqə və ixtilaf yaratdığını vurğulayaraq dedi: “Vəhdət və birlik müsəlmanların gücünü artırır.”
Doktor Məsud Pezeşkiyan müxtəlif İslam ölkələrindən olan mütəfəkkir və alimlərin iştirakı ilə keçirilən 38-ci Beynəlxalq İslam Vəhdəti Konfransında dedi: “Əl-ələ verməliyik, biz müsəlmanların vəhdəti və birliyi gücümüzü artırır.”
Prezident əlavə etdi: “Ölkədəki bütün şüarım bu olub ki, biz əl-ələ verməliyik. Bütün müsəlmanlar qeyri-müsəlmanlar qarşısında birlik göstərirmi? Biz müsəlman olaraq beləyikmi?”
Prezident çıxışına belə davam etdi: “İki və ya üç milyon israilli müsəlmanları məhv edir, qadın və uşaqları, qocaları və cavanları, xəstələri öldürür, xəstəxananı, məscidi bombalayır, biz isə oturub baxırıq. Birliyimiz olmadığı üçün İsrail bu cinayətləri etməyə cürət edir.”
Prezident dedi: “İsrail cinayətlər törədir, çünki bir-birimizlə ortaq baxışımız və dilimiz yoxdur, islami vəhdətimiz yoxdur, sadə şeylər üzərində mübarizə aparırıq. Namaz və oruc birlik üçündür. Əgər vəhdəti qəbul etmirsənsə, niyə namaz qılıb oruc tutursan?”
Doktor Pezeşkiyan dedi: “Avropalılar bir-birləri ilə bütün münaqişələrinə baxmayaraq, sərhədləri açdılar, pullarını birləşdirdilər və asanlıqla bir-birləri ilə gediş-gəliş edə bilərlər. Biz isə divar çəkirik və bir-birimizin qarşısını alırıq, bəzən hətta bir-birimizi öldürür, bir-birimizə naməlum sözlər deyirik. Biz müsəlmanıq, amma aramızda olan bu tərfiqə və ixtilafı yaradan və gücləndirən düşməndir.”