Prezident: Sionistlərin bugünkü cinayətləri Qərb irqçiliyinin çılpaq üzüdür

Prezident: Sionistlərin bugünkü cinayətləri Qərb irqçiliyinin çılpaq üzüdür

Prezident Qərb ölkələrinin müasir dünya tarixində hegemon hərəkətlərini xatırladaraq, bu gün sionist rejimin Qəzzada törətdiyi cinayətləri və qərb ölkələrinin bu cinayətlərə dəstək verməsini hal-hazırda qərblilərin irqçiliyinin və müstəmləkəçiliyinin çılpaq üzü hesab edib.

İRNA-nın məlumatına görə, Ayətullah Seyid İbrahim Rəisi çərşənbə günü günortadan sonra Nigerin xarici işlər naziri Bakari Yao Sanqare ilə görüşündə bu ölkə xalqının müstəqillik istəyi və Avropanın hegemon siyasətlərinə qarşı müqavimət göstərməsini Afrikanın müstəmləkəçilikdən əsl keçidinin göstəricisi sayıb və bildirib: Məqsədlərə çatmaq yolunda möhkəm olmaq və duruş gətirmək, birlik və vəhdəti qorumaq, müstəqillik və azadlığa nail olmaqda uğurun sirridir. 

Ayətullah Rəisi Qərb ölkələrinin çağdaş dünya tarixində hegemon hərəkətlərini xatırladaraq, sionist rejimin Qəzzada törətdiyi cinayətləri və Qərb ölkələrinin bu cinayətlərə dəstək verməsini hazırda qərblilərin irqçilik və müstəmləkəçiliyinin çılpaq siması hesab edib.

Bu görüşdə Nigerin xarici işlər naziri Bakari Yao Sanqare İran İslam Respublikasının inkişafını görməkdən məmnunluğunu ifadə edib və bildirib ki, onun İrana səfərinin məqsədi iki ölkə arasında dostluq münasibətlərini gücləndirmək və İran İslam Respublikası ilə əməkdaşlığın səviyyəsini yüksəltməkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

six − five =