Priqojin ölümündən qabaq uşaqların zəhərlənməsində ittiham olunurdu

Priqojin ölümündən qabaq uşaqların zəhərlənməsində ittiham olunurdu

Tver vilayətində “Embraer Legacy 600” təyyarəsinin qəzaya uğramasından əvvəl Yevgeni Priqojin 2019-cu ildə Moskva məktəbləri və bağçalarında uşaqların kütləvi zəhərlənməsi ilə bağlı məhkəməyə verilib.

BAKU.WS xəbər verir ki, qurbanların valideynləri tərəfindən onun məhkəməyə gətirilməsi də tələb edilibmiş. Lakin hakim onun məhkəmədə ifadə verməsinə lüzumun olmaması barədə qərar vermişdi.

Araşdırma zamanı məlum olub ki, uşaqların zəhərləndiyi qida Priqojinin şirkətlər qrupuna daxil olan “Çaplıginmoloko” zavodunun məhsulu olub.
Artır zavodun direktoru Konstantin Fetisov və laboratoriya müdiri Nina Tatarinova saxlanılıblar. Onlar “Təhlükəsizlik meyarlarına cavab verməyən malların satışı” maddəsi ilə ittiham olunduqdan sonra iş məhkəməyə gedib, lakin sonradan vəziyyətin aydınlaşdırılması üçün prokurorluğa qaytarılıb.

Qeyd edək ki, 2022-ci ilin aprelində məhkəmə iclasları davam edib. Moskvanın Kuzminski Məhkəməsində prokurorluq zərərçəkmişlərin Yevgeni Priqojinin zəhərlənmədə əli olması şübhəsinə görə onun istintaqa çağırılması barədə vəsatətini dəstəkləyib. Amma məhkəmə bunu əhəmiyyətsiz hesab edib və bundan imtina edib.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 − 1 =