Priqojinin olduğu təyyarə qəzaya uğradı – Video+Yenilənib

Priqojinin olduğu təyyarə qəzaya uğradı – Video+Yenilənib

Rusiyanın Tver vilayətində biznes təyyarəsi qəzaya uğrayıb.

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, təyyarədə 7 nəfər olub.

Onlardan üçü dünyasını dəyişib.

Hazırda digər şəxslərin taleyi naməlumdur.

***
 

Rusiyanın Tver vilayətində qəzaya uğrayan təyyarədə sərnişinlər arasında “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin də var.

Bu barədə Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) məlumat yayıb.

***

Rusiya Fövqəladə Hallar Nazirliyi hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, təyyarədə olan 10 nəfər ölüb.

***

Tver vilayətində təyyarənin qəzaya uğradığı yerdə səkkiz nəfərin cəsədi tapılıb.

Bununla bağlı “RİA Novosti” fövqəladə hallar xidmətindəki mənbəyə istinadən məlumat yayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − six =