Professor: İslamofobiya siyasi-ideoloji məqsəd üçün uydurulmuş bir məfhumdur
İslamofobiya siyasi-ideoloji məqsəd üçün uydurulmuş bir məfhumdur.
Bunu Qətər Beynəlxalq Siyasət Araşdırmaları Mərkəzinin Beynəlxalq Əlaqələr və Araşdırma üzrə direktoru professor Bülent Aras Bakıda keçirilən “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusundakı beynəlxalq elmi konfransda panel müzakirə zamanı deyib.
“Beynəlxalq sistem artıq böyük bir böhran içindədir. Çoxqütblü dünyadayıq artıq. Bu bir az da nəzarətsiz dünya deməkdir”, – o əlavə edib.
Direktor dünyada düzənin pozulması hallarına diqqət çəkib:
“Beynəlxalq Ədalət Məhkəməsi, məsələn, İsrailə, sadəcə, tövsiyə verir – Qəzzada bunu belə etmə, belə et. Amma bu, belə olmalı deyil. Konkret addım atılmalıdır”.