PSJ-nin baş məşqçisi irqçilik və islamofobiyada ittiham olunur

PSJ-nin baş məşqçisi irqçilik və islamofobiyada ittiham olunur

PSJ-nin baş məşqçisi Kristof Qaltye barədə iddia ortaya atılıb.

Fransalı mütəxəssis irqçilik və islamofobiyada ittiham olunub.

Bu, çalışdırıcının sabiq klubu “Nitsa”nın keçmiş idman direktoru Julyen Fornyenin klubun sahibinə göndərdiyi elektron poçtun üzə çıxması ilə məlum olub. Fornye Qaltyenin – “Komandada bu qədər qaradərili və müsəlman olmamalıdır”, – dediyini yazıb.

PSJ klubunun məsələ ilə bağlı araşdırmalara başladığı bildirilir.

Mənbə: “RMC Sport”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × three =