PSJ-nin futbolçuları rəqibi təhqir etdiyinə görə cəzalanıb
PSJ-nin 4 futbolçusu Fransa çempionatında “Marsel” ilə oyundan sonra təhqiramiz ifadələr səsləndirdiklərinə görə bir oyunluq cəzalandırılıb.
BAKU.WS-in xəbərinə görə, bu barədə Fransa Peşəkar Futbol Liqasının intizam komissiyasının prezidenti Sebastyan Dene bildirib.
Qeyd edək ki, sentyabrın 24-də PSJ doğma meydanda “Marsel”i 4:0 hesabı ilə məğlub edib. Matçdan sonra Paris klubunun futbolçuları Usman Dembele, Randal Kolo-Muani, Leyvin Kurzava və Əşrəf Hakiminin azarkeşlərlə birlikdə “Marsel”in ünvanına təhqiramiz şüarlar səsləndirməsi anı kameralara əks olunub.
Məlumata görə, oyunçular davranışlarına görə üzr istəyiblər.
Futbolçular Fransa çempionatında oktyabrın 8-də keçiriləcək “Renn”lə oyunu buraxacaqlar.
Qeyd edək ki, PSJ 7 turdan sonra 12 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
BAKU.WS