Putin bunu etdi və dedi: Bu da sizə sürpriz – Amerikalı professor

Putin bunu etdi və dedi: Bu da sizə sürpriz – Amerikalı professor

Publika.az xəbər verir ki, Cefri “Dialogue works” Youtube kanalına müsahibəsində qeyd edib ki, 2014-cü ildə ABŞ-ın ideyası Ukraynada yeni hökumətin yaradılması və bu ölkənin Qərbə qoşulması olub.

“ABŞ-ın planı bu qədər sadə idi. Amma Putin Krımı ilhaq etdi və dedi: “Bu da sizə sürpriz!” – deyən Saks ikinci sürprizin Minsk razılaşmaları olduğunu əlavə edib.

Eyni zamanda, professor ABŞ prezidenti Co Baydeni tənqid edib. Bildirib ki, Bayden bütün bu müddət ərzində Ağ Ev Administrasiyasında olub, orada mühüm rol oynayıb və görünür, çox pis strateq olduğu üçün Ukraynanı dəhşətli fəlakətə sürükləyib.

Saks ABŞ-ın Ukraynanı “Avropa Əfqanıstanı”na çevirmək niyyətində olduğu ilə bağlı əvvəlki fikri də təkrarlayıb.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one + 2 =