Putin Çinin müdafiə naziri ilə görüşüb
Rusiya Prezidenti Vladimir Putin Çinin müdafiə naziri Li Şanfu ilə görüşüb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib.
“Putin Çinin Dövlət Şurasının üzvü, Çinin müdafiə naziri Li Şanfu ilə işgüzar görüş keçirib”, – o deyib.
Report.az