Putin G20 sammiti üçün Hindistana gedib-getməyəcəyinə hələ qərar verməyib

Putin G20 sammiti üçün Hindistana gedib-getməyəcəyinə hələ qərar verməyib

Rusiya Prezidenti Vladimir Putinin sentyabrda keçiriləcək G20 sammiti üçün Hindistanın Yeni Dehli şəhərinə səfəri istisna olunmur.

APA xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Kremlin sözçüsü “hələlik bir həll yolu yoxdur”, – açıqlamasını verib.

Peskov başqa təfərrüatları açıqlamayıb.

Bundan əvvəl Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Arindam Baqçi həftəlik brifinqdə ölkəsinin Vladimir Putinin G20 sammitində şəxsən iştirak edəcəyinə ümid etdiyini bildirib. Baqçi qeyd edib ki, Hindistan bütün G20 üzvlərinə dəvət göndərib.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

6 + 4 =